Fatih Terim: "Biz "Fənərbaxça"nı öz meydanında məğlub edəcəyik!"

Fatih Terim: "Biz "Fənərbaxça"nı öz meydanında məğlub edəcəyik!"
Şənbə günü səfərdə "Fənərbaxça" ilə derbi qarşılaşmasına çıxacaq İstanbulun "Qalatasaray" futbol klubunda yüksək əhval ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Fatih Terim qarşıdakı derbidə uğur qazanacaqlarına və əzəli rəqiblərini öz meydanlarında məğlub edəcəklərinə əmin olduğunu açıqlayıb. "İmperator" ləqəbli təcrübəli futbol mütəxəssisi bildirib ki, onun komandası şənbə günü keçiriləcək qarşılaşmaya tam hazırdır və futbolçular ancaq qələbəyə kökləniblər. "İnanıram ki, biz "Şükrü Saracolu"stadionundan qələbə ilə qayıdacayıq"-deyə F.Terim fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə