Azərbaycan Beynəlxalq Dəmir Yolu İdman Təşkilatına üzvlüyünü irəli sürdü

Azərbaycan Beynəlxalq Dəmir Yolu İdman Təşkilatına üzvlüyünü irəli sürdü

Bu gün "Lokomotiv" idman klubunun təlim bazasında Beynəlxalq Dəmir Yolu İdman Təşkilatının və Azərbaycan Voleybol Federasiyasının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirildi. Siasport.az saytının məlumatına görə, keçirilən konfransın əsas məqsədi Azərbaycanın beynəlxalq təşkilata üzvlüyü məsələsi olub.

Tədbirdə "Lokomativ" idman klubunun təlim bazasının direktoru Elşən İsmayılov, Beynəlxalq Dəmir Yolu İdman Təşkilatının rəhbərliyi, Hollandiyada baş katib Martin Westerbeck, İsveçrədən Joseph Zeder, İtaliyadan Olivieri Brugati və figər qonaqlar iştirak edib. Bildirilib ki, 1987-ci il Sovet vaxtı Bakıda dünya çempionatı keçirilib. Lakin müstəqillik əldə olunandan sonra Azərbaycanın beynəlxalq təşkilata üzv qəbul olunması ilə bağlı yenidən müraciət edilib.

Namizədlik üçün Avropanın 23, Sovetlər Birliyi ölkələrindən 3 dövlət-Rusiya, Qazaxıstan və Belarus, Qafqazdan isə yalnız Azərbaycanın namizədliyi irəli sürülüb.

Əgər Azərbaycanın beynəlxalq təşkilata üzvlüyü qəbul olunarsa, may ayında Romada keçiriləcək dünya çenpionatında Azərbaycan da iştirak edəcək.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə