Arda Turan "Beşiktaş"la keçiriləcək oyun barədə danışdı

Arda Turan "Beşiktaş"la keçiriləcək oyun barədə danışdı

Bu gün axşam UEFA Avropa Liqasının 1\18 final mərhələsinin cavab qarşılaşmasında "Beşiktaş"la üz-üzə gələcək "Atletiko Madrid"in futbolçuları, qarşılaşma ilə bağlı fikirlərini açıqlayıblar. Siasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisinin türkiyəli futbolçusu Arda Turan jurnalistlərlə söhbətində bildirib ki, bu qarşılaşma onlar üçün olduqca gərgin keçəcək. "Beşiktaş"ı və onun çılğın azarkeşlərini yaxşı tanıdıqlarını deyən A.Turan, "qara qartal"ın güclü futbolçuladan ibarət komanda olduğunu, növbəti mərhələyə keçmək üçün hər iki komandanın da şanslarının olduğunu dilə gətirib. "Qalatasaray"ın keçmiş kapitanı eyni zamanda "Atletiko Madrid"in də Avropanın önəmli klublarından biri olduğunu və bu axşamkı qarşılaşmada hər kəsin bunun şahidi olacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə