\"Çelsi\" və \"Real\" 1/4 finalda

\"Çelsi\" və \"Real\" 1/4 finalda
Dünən UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin sonuncu cavab qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, İngiltərədə yerli \"Çelsi\" İtaliya \"Napoli\"sini qəbul edib. İlk qarşılaşmada səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan \"zadəganlar\", cavab qarşılaşmasında rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Digər bir qarşılaşmada isə Madrid \"Real\"ı Rusiya \"OMİK\"-ini 4:1 hesabı ilə məğlub edərək sensasiyaya imkan verməyib və növbəti mərhələyə vəsiqə əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə