Pizarro meydanlara buraxılmayacaq

Pizarro meydanlara buraxılmayacaq

Almaniya Birinci Liqasının komandalarından olan "Verder Bremen"in heyətində çıxış edən futbolçu Klaudio Pizarro cəzalandırılıb. Siasport.az saytının məlumatına görə, məşhur futbolçunun komandasının "Hannover 96" komandasına qarşı keçirilən qarşılaşmada rəqibinə futbolçuya yaraşmayan hərəkət etdiyinə görə 2 oyun stadiona çıxmağına qadağa qoyulub.

Qeyd edək ki, Pizarro "Hannover 96" klubunun futbolçusu Emanuel Poqatetzə qarşı etdiyi hərəkəti oyun vaxtı hakimlər görməyib. Lakin, oyundan sonra hakimlər belə bir qərarı qəbul ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə