Xəbər verdiyimiz kimi, "Neftçi" "Kəpəz" qarşılaşmasında Flaqman qələbəni bayram edib. Siasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin bir neçə futbolçusunun meydanda olmamasına baxmayaraq rəqibi məğlub etməsi klub futbolçularını daha da sevindirib. Belə ki, oyundan sonra klubun rəsmi internet saytına müsahibə verən "Neftçi" nin müdafiəçisi Ruslan Abışov bu sözləri deyib: "Bu matçda meydana komandanın kapitanı qismində çıxmışdım. Təbii ki, belə vəziyyətdə məsuliyyət də birə-iki artır. Əsas heyətin bir neçə futbolçusu bu qarşılaşmada meydanda deyildi. Bununla belə qələbə qazanmağı bacardıq. Cavab oyununda da azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB