Xəbər verdiyimiz kimi "İnter" klubunun baş məşqçisinin köməkçisi Giorgi Çixradze "Simurq" klubunun yeni baş məşqçisi təyin olunub. Siasport.az saytının məlumatına görə, gürcüstanlı baş məşqçi təyinatdan sonra ilk dəfə klubun rəsmi internet saytına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Bilmək istərdik, iki mövsümdən artıq çalışdığınız "İnter" klubundan ayrılmaq çətin olmadı?
- Əlbəttə, ayrılmaq çox çətin oldu. Bu müddət ərzində komandaya alışmışdım. Deyim ki, "İnter"də işləməyə kömək edən yaxşı atmosfer hökm sürür. Burada çox yaxşı kollektiv var və bu klubla məni həmişə isti münasibət və xatirələr bağlayacaq.
- "İnter"ə gəlişinizin təşəbbüskarı Kaxaber Tsxadadze olmuşdu. Maraqlıdır, Sizin bu yeni təyinatınıza necə yanaşdı?
- Kaxaber çox hörmətlə yanaşdı. Etiraf edim ki, "İnter"də çalışdığım ilk gündən o, qeyd etmişdi ki, əgər mənə hər hansı bir təklif edilərsə, o zaman buna anlaşıqlıqla yanaşacaq və mənim gedişimdə heç bir problem yaranmayacaq. Səmimi desəm, bunadək mənə bir neçə dəfə təklif göndərilmişdi, lakin mən onları heç nəzərdən keçirməmişdim.
- Yeni təyinatınızdan nə gözləyirsiniz?
- Səmimi desəm, "Simurq"a dəvət mənim üçün yeni çağırışdır. Klubun rəhbərliyi mənə müraciət etdi və onlara kömək etmək qərarına gəldim. Hazırda bu komanda özünün heç də yaxşı vaxtlarını yaşamır və mən onu gücləndirməyə çalışacağam, mübarizə bacarığı olan kollektiv yaratmağa cəhd göstərəcəyəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB