Böyükağa Hacıyev: “İstədiyimiz nəticəni əldə etdik"

Böyükağa Hacıyev: “İstədiyimiz nəticəni əldə etdik"

Xəbər verdiyimiz kimi bu Azərbaycan kubokunda "Neftçi" klubu "Kəpəz"lə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, keçirilən səfər görüşündən sonra Flaqmanın baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi internet saytına açıqlama verib: "Bilirdik ki, "Kəpəz" öz meydanında yaxşı oyun göstərir. Rəqib bu gün də pis təsir bağışlamadı. Bununla belə qələbə qazanıb istədiyimiz nəticəni əldə etdik. Qarşıda hələ cavab qarşılaşması var. İnanıram ki, həmin görüşdə də uğurla çıxış edib yarımfinala vəsiqə qazanacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə