U-16 Liqa oyunlarının vaxtı müəyyən olunub

U-16 Liqa oyunlarının vaxtı müəyyən olunub

16 yaşadək futbolçulardan ibarət U-16 Liqasının XVIII turunun oyunları keçiriləcək. Siasport.az saytının məlumatına görə, martın 15-də və 16-da baş tutacaq qarşılaşmaların vaxtı və yeri artıq məlum olub. Belə ki, martın 15-də "MKT-Araz" – "Neftçi" ilə saat 14:00-daHeydər Əliyev adına İmişli şəhər stadionunda, "Gənclik" –"Rəvan" klubu ilə saat 14:00-daLökbatan Olimpiya İdman Kompleksində, "Lokomotiv" – "Vətən" saat 14:00-da"Bakı" FK-nınTəlim-MəşqBazasında, "İnter" – "XəzərLənkəran" qarşılaşması saat 14:00-da"Şəfa" stadionunun, IV meydançasında, "Qarabağ" – "Bakı" oyunu isə saat 15:00-da Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.

Qeyd edək ki, turun sonuncu oyunu martın 16-da "Qəbələ" –"Turan" arasında saat 14:00-daQəbələ şəhər stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə