Aykut Kocaman \"Qalatasaray\"la keçiriləcək derbini çempionluq oyunu adlandırdı

Aykut Kocaman \"Qalatasaray\"la keçiriləcək derbini çempionluq oyunu adlandırdı
İstanbulun \"Fənərbaxça\" futbol klubu ilə yenicə 3 illik müqavilə imzalayan baş məşqçi Aykut Kocaman, şənbə günü \"Qalatasaray\" ilə keçiriləcək derbi oyunu barədə maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, məşq zamanı futbolçularla açıq söhbət edən baş məşqçi bildirib ki, bu qarşılaşmada nəyin hesabına olursa olsun qələbə qazanmaq lazımdır. Türkiyə mətbuatı yazır ki, futbolçularına səslənən A.Kocaman, \"Şənbə günü \"Qalatasaray\"la keçiriləcək derbi qarşılaşması çempionluq oyunudur\" deyib. Dünən klub rəhbərliyi də futbolçularla yeməkdə bir araya gələrək, onları derbidə əla futbol oynamağa və \"Fənərbaxça\"nın qələbəsi üçün mücadilə etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə