"Beşiktaş"ın baş məşqçisi Quaresmanı "qara siyahıya" saldı!

"Beşiktaş"ın baş məşqçisi Quaresmanı "qara siyahıya" saldı!

Xəbər verdiyimiz kimi, İstanbulun "Beşiktaş" futbol klubunda baş məşqçi Karlos Karvalhal ilə onun portuqaliyalı həmyerlisi Quaresma aasında ciddi gərginlik hökm sürür. Siasport.az saytı xəbər verir ki, UEFA Avropa Liqası çərçivəsində "Atletiko Madrid"dlə keçirilən səfər qarşılşmasında, baş məçqçiyə qarşı təhqiramiz ifadələr işlədən Quaresma, artıq K.Karvalhalın "qara siyahısına" düşüb.Türkiyə mətbuatı xəbər verir ki, Quaresmanı ilk 11-liyə daxil etməyəcəyi ilə bağlı açıqlama verən baş məşqçi, sözünün üstündə duraraq onu əsas heyətdən uzaqlaşdırıb və ehtiyat futbolçuların sırasına yollayıb. Dünənki təlim məşq zamanı da Quarsema sadəcə daima ehtiyat skamyada oturan 3-4 futbolçu ilə məşq prosesi keçib. Quarsema, sabah "Atletiko Madrid"lə keçirləcək cavab qarşılaşmasında da meydana çıxmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə