Şənbə günü səfərdə əzəli rəqibi olan "Fənərbaxça" ilə qarşılaşacaq "Qalatasaray" futbol klubunda, bu oyuna ciddi hazırlıq gedir. Siasport.az saytı xəbər verir ki, artıq "Qalatasaray"lı futbolçular da bütün diqqətlərini bu derbi qarşılaşmasına cəmləyiblər. Dünən Qalatasaray Televiziyasının "Son pas" proqramına qoşulan Necati Ateş, maraqlı açıqlamalarla çıxış edib.
"Şükrü Saracoğlu" stadionuna yalnız qələbə qazanmaq üçün yollanacaqlarını dilə gətirən ulduz futbolçu bildirib ki, onlar neçə ildir ki, "Fənərbaxça"nı öz meydanında məğlub edə bilməmək seriyasına son qoymaq istəyirlər:
"Bizim futbolçular bu qarşılaşmanın "aslan" üçün necə böyük əhəmiyyətə malik olduğunu yaxşı bilirlər və hər kəs "Fənərbaxça" ilə aradakı 9 xal fərqini daha da yüksəltmək üçün bu derbidən qələbə ilə ayrılmaqın planları üzərində baş sındırırlar" deyə N.Ateş fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB