Erməni idmançının artistliyi ona baha başa gəldi - VİDEO

Erməni idmançının artistliyi ona baha başa gəldi - VİDEO

Serbiyada keçirilən güləş üzrə Avropa çempionatı erməni pəhləvanının qalmaqal yaratması ilə yadda qalıb və buna görə Beynəlxalq Güləş Federasiyasının qərarı ilə diskalifikasiya edilib. Hər halda qalmaqalı erməni saytlarının özləri işıqlandırıblar. Belə ki güləşin yunan-roma növü üzrə keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi Elçin Əliyevin rəqibi erməni Roman Amoyan olub.


Görüşün birinci hissəsi erməni idmançının qələbəsi ilə yekunlaşıb. İkinci hissədə E.Əliyev uğur qazandığından əlavə vaxta ehtiyac yaranıb. Sonuncu mərhələdə rəqibini 2-0 məğlub edən azərbaycanlı pəhləvan görüşün ümumi nəticəsini öz xeyrinə müəyyənləşdirib.


Maraqlısı isə bundan sonra baş verib. Əsəbləşmiş Amonyan hakimə etiraz əlaməti olaraq Elçin Əliyevin əlini qaldırmaqla guya həmvətənimizin qələbəsini şübhə altına almaq istəyib və bu hərəkəti ona baha başa gəlib.


Ən maraqlısı bu barədə məlumat verən Ermənistanın Milli Olimpiya Komitəsinin Amoyanın hərəkətinə haqq qazandırmamasıdır ki, bu da erməni idmançının azərbaycanlı Elçin Əliyevin əlini qaldırmasında ironiyaya heç bir yerin olmadığını təsdiqləyir.



Bütün xəbərlər Facebook səhifəmizdə