"İnter" qələbə qazandı, "Olimpik Marsel"növbəti mərhələyə yüksəldi!

"İnter" qələbə qazandı, "Olimpik Marsel"növbəti mərhələyə yüksəldi!

Dünən axşam UEFA Çempionlar Liqasında 1/18 final məhələsinin cavab qarşılaşmalrı keçirilib. Siasport.az saytı xəbər verir ki, Almaniya "Bavariya"sı, ilk qarşılaşmada 0:1 hesabı ilə məğlub olduğu İsveçrə "Bazel"ini qəbul edib. Qarşılaşmada bütün oyun boyu üstün futbola sahib olan "pivəçilər", İsveçrə təmsilçisini rüsvayçı hesabla darmadağın ediblər. Belə ki, rəqibin qapısından 7 cavabsız top keçirən almanlar, "Bazel"ə yerini göstəriblər. Digər bir qarşılaşmada isə, İtaliya "İnter"i Fransanın "Olimpik Marsel" klubunu qəbul edib. Rəqibi üzərində 2:1 hesablı qələbə qazanan "inter" mərhələni adlaan tərəf olmayıb. Çünki ilk qarşılaşmada səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan Milan təmsilçisi 2:1 hesablı qələbəyə baxmayaraq, UEFA Çempionlar Liqası ilə vidalaşan tərəf olub.

Bütün xəbərlər Facebook səhifəmizdə