Aykut Kocaman daha 3 il "Fənərbaxça"nın sükanı arxasında!

Aykut Kocaman daha 3 il "Fənərbaxça"nın sükanı arxasında!
Bu gün "Fənərbaxça" futbol klubu, baş məşqçi Aykut Kocaman ilə daha 3 illik müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunun konfrans zalında keçirilən imzalanma mərasimində çıxış edən "Fənərbaxça" futbol klubunun idarə heyətinin üzvü Ali Yıldırım bildirib ki, İstanbul klubu ən ağır məqamlarda bir an da olsa tərəddüd etmədən komandanın uğurları üçün çalışan A.Kocamana güvənir və qarşıldakı 3 il ərzində onunla daha böyük uğurlara imza atacağına əmindir. Xatırladaq ki, imzalanan müqaviləyə əsasən, A.Kocaman İstanbul klubunda hər il 1 milyon 750 min avro məvacib alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə