Unibank Premyer Liqasının XXIII turundan sonra AFFA-nın İntizam Komitəsi cərimə haqqında qərar verib. Siasport.az saytının məlumatına görə, tur çərçivəsində "Kəpəz"lə "Simurq" arasında keçirilən qarşılaşmadan sonra hər iki klub 2 min manatlıq cərimələnib. Buna səbəb, görüşün 61-ci dəqiqəsində "Kəpəz" klubunun 10 nömrəli futbolçusu Ceyhun Sultanovla "Simurq" komandasının 4 nömrəli futbolçusu Vasili Yanotovski bir-birinə qarşı kobud rəftar etməsidir.
Qeyd edək ki, bundan sonra hər iki futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və 2 oyunluq cəzalanıb.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB