“Sumqayıt”ın 6 futbolçusu Helsinkiyə gedəcək

“Sumqayıt”ın 6 futbolçusu Helsinkiyə gedəcək

Xəbər verdiyimiz kimi, aprelin 4-də Helsinki şəhərində 21 yaşlı futbolçulardan ibarət Azərbaycan və Finlandiya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Siasport.az saytının məlumatına görə, səfər edəcək yığmamızın heyətinə "Sumqayıt" klubunun 6 futbolçusu dəvət olunub.

Məlumat üçün bildirək ki, Ruslan Tağızadə, Tərlan Quliyev, Abdulla Abatsiyev, Eşqin Quliyev, Emin Mustafayev və Orxan Həsənov yığmanın düşərgəsində Helsinkidə çıxış edəcək.

Orxan Faiqov


Bütün xəbərlər Facebook səhifəmizdə