Maris Verpakovski: “Surkis arxamca təyyarə göndərmişdi”

Maris Verpakovski: “Surkis arxamca təyyarə göndərmişdi”

"Bakı" futbol klubunun hücumçusu Maris Verpakovski karyerası haqqında sualları cavablandırıb. Siasport.az saytının məlumatına görə, "Bakı" futbol klubunun "Toplu Bakı" jurnalının "Kumir" rubrikasının qonağı olan Maris Verpakovski ona verilən sualları cavablandırarkən maraqlı açıqlama verib.

Xatırladaq ki, 1979-cu ildə Latviyanın Lipeya şəhərində doğulan futbolçu karyerası ərzində 1999-2000 –ci illərdə "Metallurq"(Liepeya), 2001-2003-cü illərdə "Skonto" (Riqa), 2003-2011-ci illərdə "Dinamo" Kiyevin idman şərəfini qoruyub. İcarə əsasında 2007-ci ildə "Getafe", 2007-2008-ci illərdə "Hajduk Split" və 2008-ci ildə "Selta de Viqo", 2009-2011-ci illərdə isə Yunanıstanın "Erqotelis" klubunda çıxış edib.

Qeyd edək ki, "Avro 2004"dən sonra Avropa səviyyəli ulduza çevrilən futbolçuya ilk təklifi necə dəyərləndirməsi barədə verilən suala cavabını bildirən "Bakı"nın hücumçusu belə vurğulayıb: "Çempionatdan sonra mənə çoxlu təkliflər gəlməyə başladı. "Bavariya", "Arsenal" kimi nəhənglər maraqlansa da, rəsmi olaraq Yunanıstanın "Olimpiyakos", Rusiyanın "Krılya Sovetov" və Ukraynanın "Dinamo" klubları mənə təklif göndərdi. Elə alındı ki, "Dinamo"nu seçdim. Çünki bu klubun prezidenti cənab Surkis mənimlə şəxsən əlaqə saxladı və fikrində ciddi olduğunu bildirdi. Arxamca təyyarə də göndərmişdi".

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə