"Qəbələ" klubunun 1997-ci il təvəllüdlü futbolçulardan ibarət U-15 komandası Ukraynanın Donetsk şəhərində təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytının məlumatına görə, artıq komandanın səfər çərçivəsində keçirəcəyi müddətdən 3 günü geridə qalıb. Qeyd edək ki, Ukraynanın "Şaxtyor" klubu ilə əməkdaşlıq edən Azərbaycan klubu məşq çərçivəsində partnyorluq etdiyi komandanın həmyaşıd futbolçularından ibarət yığması ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşmada hesab açılmayıb.
Məlumat üçün bildirək ki, matçdan sonra komandamız "Donbass Arena"nı gəzib. Xatırladaq ki, Avropanın ən gözəl stadionlarından biri olan "Donbass Arena" ilə yaxın tanışlıqdan sonra futbolçularımız "Şaxtyor"un muzeyində və "fanshopunda" da olub.
"Şaxtyor"un məşqçiləri, "Simurq"un sabiq oyunçuları Mixail Starostyak və Oleq Oleq Pestryakov futbolçularımıza məşq keçiblər. Məşqin ardından isə "Şaxtyor" Futbol Akademiyasının direktoru Patrik fon Liuven və digər ukraynalı məşqçilərlə görüş keçirilib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB