Boksçularımız Litvaya yola düşüb

Boksçularımız Litvaya yola düşüb

Azərbaycanın gənc boksçuları Litvanın paytaxtı Vilnyusda səfər edib. Azərbaycan Boks Federasiyasından siasport.az saytına verilən məlumata görə, boksçularımız Olimpiya çempionu Dan Poznyakın xatirəsinə həsr olunmuş yarışda iştirak edəcək.

Qeyd edək ki, martın 15-də start götürəcək turnirdə Azərbaycanı 5 boksçu təmsil edəcək. Heyətə ötən il yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Nəsrəddin Məmmədov (56 kq), qitə çempionatının digər bürünc medalçısı Rahil Məmmədli (81 kq) və Malik Muradov (52 kq), Abdulla Abdullayev (69 kq), Nəbi Bağırov (75 kq) daxil edilib.

Məlumat üçün bildirək ki, komanda Litvaya məşqçilər İlham Alimzanov və Vidadi Tağıyevin rəhbərliyi altında yola düşüb.

Xatırladaq ki, turnirə martın 18-də yekun vurulacaq. Bundan əlavə, gənclərin bu il əsas yarışı oktyabrda Tailandda keçiriləcək dünya birinciliyi olacaq.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə