Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək

Martın 15-dən 19-a qədər Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında Azərbaycan birinciliyi və yeniyetmə qızların açıq Respublika birinciliyi keçiriləcək. Siasport.az saytının məlumatına görə, FİLA-nın qaydalarına əsasən gənclərin yarışında 1992-1994-cü il təvəllüdlü oğlanlar, qızların yarışında isə 1995-1996-1997-ci il təvəllüdlü güləşçilər iştirak edəcək.

Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən və şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. Yarışlarda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə