“Arsenal” mübarizədən son dəqiqədə qalib ayrıldı

“Arsenal” mübarizədən son dəqiqədə qalib ayrıldı

İngiltərə Premyer Liqasının XXVIII turuna yekun vurulub. Siasport.az saytının məlumatına görə, turun son qarşılaşması "Arsenal" və "Nyukasl" klubları arasında keçirilib. Qeyd edək ki, matçın ilk dəqiqələrində qapısında bir top görən topçuların mübarizə əzmi qırılmayıb. Belə ki, birinci hissənin sonuna qədər rəqib qapısında yol tapmağa müvəffəq olan "Arsenal" ilk hissəni 1:1 hesabı ilə başa vurub. Lakin çətin mübarizə şəraitində oyunu keçirən London klubu ikinci hissənin son dəqiqəsində sevinib. Belə ki, müdafiəçi Vermalenin vurduğu qolla "Arsenal" qələbəni bayram edib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə