Premyer Liqanın ən çox səfərdə oyun keçirən klubu hansı olub?

Premyer Liqanın ən çox səfərdə oyun keçirən klubu hansı olub?

Unibank Premyer Liqasının XXIII turunda "Xəzər Lənkəran" klubu səfərdə ən çox oyun keçirən komanda olub. Siasport.az saytının məlumatına görə, cənublular artıq 4-cü dəfə rəqiblə səfərdə görüş keçirib. Belə ki, fevralın 21-də "Qəbələ"nin (1:2), martın 3-də "Sumqayıt"ın (3:0), 7-də "Turan"ın (1:0) qonağı olan "Xəzər Lənkəran" bu dəfə də "Qarabağ"ın (0:1) meydanında oynayıb.

Qeyd edək ki, sonuncu dəfə öz meydanında fevralın 15-də AZAL-la qarşılaşan "Xəzər Lənkəran" 8 illik tarixində belə halla üzləşməyib. Komanda ən pis halda ardıcıl 3 dəfə səfər matçında qüvvəsini sınayıb.

Məlumat üçün bildirək ki, qarşıda daha 1 səfər matçı var. Belə ki, kubokun martın 14-də keçiriləcək ¼ final mərhələsinin ilk oyunu "İnter"in meydanında keçiriləcək. Onu da əlavə edək ki, "Xəzər Lənkəran" növbəti dəfə evdə martın 18-də "Bakı" ilə oynayacaq.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə