Nabranda qaçış üzrə Azərbaycan Çempionatı keçirilib

Nabranda qaçış üzrə Azərbaycan Çempionatı keçirilib

Xaçmaz rayonunun Nabran qəsəbəsində 8 rayon və şəhər komandalarının iştirakı ilə kross qaçışı üzrə Azərbaycan Çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, çempionatda Bakı, Sumqayıt, Qusar, Gəncə, Astara, Balakən, Xaçmaz, Xızı rayon və şəhərlərini təmsil edən 8 komandanın 100-dən çox idmançı iştirak edib. Məlumat üçün bildirək ki, yarışın nəticəsinə görə, I yerə 102 xalla Bakı şəhər yığma komandası, II yerə 108 xalla Sumqayıt, III yerə isə 163 xalla Xaçmaz komandaları layiq görülmüşlər.

Qeyd edək ki, şəxsi yarışlara gəldikdə isə I yerlərə 12 kilometr məsafədə Novruzov Vüqar (Bakı), 8 km məsafədə Aslanova Raidə (Bakı), Babasiyev Fərid (Sumqayıt), 6 km məsafədə Novoseltseva Larisa (Bakı), 3 km məsafədə Şahverdiyev Əli (Astara), 2 km məsafədə Zəhrətdinova Yana (Bakı), Qeybiyev Arif (Astara), 1 km məsafədə Şeydayeva İndira (Xaçmaz) layiq görülmüşlər.
Onu da əlavə edək ki, I, II və III yeri tutmuş komandalar və şəxsi yarışda yüksək nəticə göstərmiş idmançılar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə