Bu gün “Bakı” və “Xəzər Lənkəran” qarşılaşacaq

Bu gün “Bakı” və “Xəzər Lənkəran” qarşılaşacaq

"Azercell U-17 Liqa"sının XVII turunda "Xəzər Lənkəran" komandasının 17 yaşa qədər futbolçulardan ibarət komandası "Bakı" klubunun eyni yaşlı futbolçulardan ibarət komandası ilə görüş keçirəcək. Siasport.az saytının məlumatına görə, "Bakı" futbol klubunun Təlim-Məşq bazasında keçiriləcək qarşılaşma bu gün 14:00-da baş tutacaq. Oyunu idarə edəcək heyətə gəldikdə isə aşağıda adları göstərilən hakimlər iştirak edəcək:

Məhərrəmov Ramiz,

Bayramov Vüqar,

Babayev Həsən,

Eldarov Qorxmaz.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə