Horadiz şəhərində yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib

Horadiz şəhərində yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib

Bu gün Horadiz rayonunun Olimpiya İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib. Cüdo Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, keçirilən rayon birinciliyində Cüdo Federasiyasının prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edərək, idmançılarla görüşüb. Çıxış edən nazir ölkə prezidentinin Azərbaycan idmanına göstərdiyi böyük diqqət və qayğı nəticəsində idman sahəsində qazanılan nailiyyətlərdən söz açıb. 2012-ci ilin prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla respublikamızda "İdman ili" olunmasının ölkədə idmanın inkişafı üçün daha bir mühüm stimul olduğunu vurğulayıb.

Məlumat üçün bildirək ki, sonda qaliblərə mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə