Azərbaycanın qızlardan ibarət U-17 komandası Moldova yığması ilə qarşılaşacaq
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Futbol Mərkəzində yerləşən "Dalğa Arena"da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası moldovalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, martın 16-da keçiriləcək görüş saat 14:00-da, 18-də keçiriləcək növbəti qarşılaşma isə, saat 13:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB