Azərbaycan Çempionatında təxirə salınmış Super Liqa oyunu keçiriləcək
Martın 14-də voleybol üzrə Azərbaycan Çempionatının qadınlardan ibarət IV tur Super Liqa qarşılaşması keçiriləcək. Siasport.az saytının məlumatına görə, "Azərreyl" və "İqtisadçı" komandaları baş tutmayan görüşə yenidən aydınlıq gətirəcək. Məlumat üçün bildirək ki, görüş saat 15:30-da Gənclik İdman Olimpiya Kompleksində keçiriləcək. Oyunu idarə edəcək heyətə gəldikdə isə, adları göstərilən hakimlər və voleybol nümayəndələri iştirak edəcək.
AVF-nin nümayəndəsi: Rafiq Ağayev Bakı.
I, II hakimlər: Konstantin Selin (Bakı), Murad Abdurəhmanzadə (Şəki).
Xətt hakimləri: Fuad Əliyev, Zaur Hacıyev, Səbuhi Əliyev, Yana Kuznetsova (Bakı).
Katib: Nona İsmayılova (Bakı).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB