İstanbulun "Beşiktaş" komandasında ciddi böhranlı durum yaranıb. Siasport.az saytı xəbər verir ki, "qara qartal"dakı gərginlik, ilk əvvəl UEFA Avropa Liqasının 1/18 final qarşılaşması çərçivəsində Madriddə "Atletiko" ilə keçirilən qarşılaşmada baş qaldırıb. Belə ki, həmin oyunda baş məşqçi Karlos Karvalhalın Quaresmanı meydandan çıxarması, futbolçunu o qədər qəzəbləndirib ki, o həttda əynindən çıxardığı futbolkasını baş məşqçinin üzərinə ataraq, ona qarşı ən pis söyüşlərlə təhqirlər yağdırmağa başlayıb. Geyinib-soyunma otağında isə, Quaresma K.Karvalhalın üzərinə hücum edərək ona fiziki xəsarət yetirmək istəyib. Qutidən sonra indi də Quaresma şoku ilə üzləşən Beşiktaş", acınacaqlı durumla qarşı-qarşıya qalıb. Baş məşçqi K.Karvalhal isə, bu baş verənlərdən sonra "Beşiktaş"ın idman direktoru Tayfur Havutçuya üz tutaraq, artıq Quaresmanın nizamsız hərəkətlərindən cana doyduğunu və onu heyətdə görmək istəmədiyni dilə gətirib. Türkiyə mətbuatı yazır ki, T.Havutçu Quaresma ilə bağlı məsələnin yalnız mövsümün sonunda öz həllini tapacağını deyərək, baş məşqçini qalan futbolçuların nizam-intizamları üzərində ciddi nəzarət yaratmağı tövsiyyə edib. Hazırda mövsümün sonuna qədər "Beşiktaş"la müqaviləsi olan Quaresmanın isə, mövsümün sonunda komandadan qovulacağı qaçılmaz prosesdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB