“Qəbələ”dən qələbə

Unibank Premyer Liqasının XXIII turunda "Qəbələ" öz meydanında inanılmaz qələbə qazandı. Siasport.az saytının məlumatına görə, Qəbələnin Böyük Əmili qəsəbə stadionunda keçirilən "Neftçi" ilə qarşılaşmada meydan sahibləri böyük üstünlüklə rəqibini məğlub edib. Əlyar Ağayevin baş hakimliyi ilə keçirilə görüşdə "Qəbələ"nin heyətində çıxış edən Luiz Paulo dubla imza atıb. Belə ki, o, 18 və 27-ci dəqiqələrdə vurduğu qolları öz hesabına yazdırıb. Bundan əlavə oyunda digər dublun müəllifi isə Yannik Kamanan olub. Məlumat üçün bildirək ki, adıçəkilən legioner futbolçu da 78 və 83-cü dəqiqələrdə fərqlənə bilib.

Qeyd edək ki, keçirilən qarşılaşmada "Neftçi" yalnız 66-cı dəqiqədə təsəlli qolunu vura bilib. Qolu Flaqmanın heyətində çıxış edən Bahodir Nasimov vurub. Beləliklə "Qəbələ" komandası "Neftçi" üzərində 4:1 hesabı ilə qələbə qazanıb.

Onu da əlavə edək ki, görüş cəzasız da ötüşməyib. Belə ki, oyunda Luiz Paulo Hilario və Slavço Georgiyevski sarı vərəqə ilə cəzalandırılıblar.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə