Daniel Quiza: "Gözümü qırpmadan "Fənərbaxça"ya dönərəm!"

Daniel Quiza: "Gözümü qırpmadan "Fənərbaxça"ya dönərəm!"

İspaniyanın "Xetafe" futbol klubunun forvardı Daniel Quiza, keçmiş komandası olan "Fənərbaxça" ilə bağlı bir sıra maraqlı açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, Türkiyənin "A Haber" televiziyasına müsahibə verən son Avropa çempionu, "Fənərbaxça"nın olduqca böyük bir komanda olduğunu və yenidən gözüyumlu şəkildə bu komandaya qayıtmağa hazır olduğunu dilə gətirib. Keçən ilki çempionluğu alın təri ilə qazandıqlarını bildirən D.Quiza, Əziz Yıldırımən əla bir insan olduğunu, onaqarşı yönələn ittihamların əsassız olduğunu bildirərək, onu yenidən azadlıqda görmək istədiyini bildirib. Keçmiş "Fənərbaxça"lı, eyni zamanda "sarı lacivərtlilərin" bu il də Türkiyə çempionu olacaqlarına inandığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə