"Beşiktaş" yenə qələbəyə həsrət qaldı...

"Beşiktaş" yenə qələbəyə həsrət qaldı...

Dünən futbol üzrə Türkiyə Superliqası çərçivəsində səfərdə "Orduspor"un qonağı olan İstanbulun "Beşiktaş" klubu, yenə meydanı qələbə qazanmadan tərk edib. Siasport.az saytı xəbər verir ki, "qara qartal" bu qarşılaşmada qələbə qazanmaqla, UEFA Avropa Liqası çərçivəsində martın 15-də "İsmət İnönü"də "Atletiko Madrid"lə oynayacağı cavab qarşılaşmasına əla əhval ruhiyyədə çıxa bilərdi. Amma bu baş verməyib. Çünki meydandan 1:1 hesablı nəticə ilə ayrılan İstanbul nəhəngi, ən azından iki xal iriməli olub. İndi onu turnir cədvəlindəki lider "Qalatasaray"dan 19 xal fərqi ayırır.

Bütün xəbərlər Facebook səhifəmizdə