Cüneyt Biçer komandasının keçirdiyi oyununa rəy bildirib

Cüneyt Biçer komandasının keçirdiyi oyununa rəy bildirib

"Xəzər Lənkəran" komandası "Qarabağ"la keçirdiyi qarşılaşmada minimal hesabla məğlub olduqdan sonra komandanın baş məşqçisi Cüneyt Biçer oyun haqqında açıqlama verib. Siasport.az saytının məlumatına görə, görüşün gərgin keçdiyini bildirən türkiyəli baş məşqçi bunları ifadə edib: "Hər iki komanda yaxşı oynadı. Gözəl oyunun şahidi olduq, oyunun sürəti də yaxşı idi. Belə oyunlarda adətən bir səhv həlledici rol oynayır. Bu oyunda da belə oldu. Altılıq oyunları indi başlayıb, və biz diqqətimizə qarşıdakı oyunlara yönəltməliyik".


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə