Harda Messi var, orda qol da var!

Harda Messi var, orda qol da var!
İspaniya La Liqasında 26-cı turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, bir neçə gündən sonra UEFA Avropa Liqası çərçivəsində İstanbulda "Beşiktaş"la qarşılaşacaq "Atletiko Madrid", "Qranada"nı 2:0 hesabı ilə məğlub edərək, İstanbula yaxşı əhval ruhiyyə ilə yollanır. Xatırladaq ki, Arda Turanın komandası ilk qarşılaşmada "qara qartal"ı 3:1 hesabı ilə məğlub etdiyi üçün cavab oyununa üstün yollanacaq. "Barselona" isə səfərdə Leonel Messinin dublu sayəsində "Santander"i 2:0 hesabı ilə məğlub edib. "Real" isə "Betis"i 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.
"Malaqa" - "Levante" - 1:0
"Real" (Sosyedad) - "Saraqoza" - 3:0
"Sportinq" (Xixon) - "Sevilya" - 1:0
"Betis" - "Real" (Madrid) - 2:3
"Atletiko" (Madrid) - "Qranada" - 2:0
"Espanyol" - "Rayo Valyekano" - 5:1
"Valensiya" - "Malyorka" - 2:2
"Santander" - "Barselona" - 0:2
"Osasuna" - "Atletik" (Bilbao) - 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə