"Milan" çempionluğa doğru addımlayır!

"Milan" çempionluğa doğru addımlayır!

Futbol üzrə İtaliya A Seriyasında 26-cı turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, A Seriyasının hazırkı lideri olan "Milan", "Leççeni" 2:0 hesabı ilə məğlub edərək, turnir cədvəlindəki lideriyini bir qədər də möhkəmləndirib. "Yuventus" isə yenə qızıla bərabər iki xal itirməli olub. Belə ki, "qoca sinyora" "Genua" ilə qarşılaşmadan qolsuz heç-heçə ilə ayrılıb. "Roma" "Palermo" ilə oyunda rəqibinqapısından 1 qol keçirərək 3 xalı əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə