"Mançester Yunayted" Premyer Liqanın lideri oldu!

"Mançester Yunayted" Premyer Liqanın lideri oldu!
İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, dünən keçirilən qarşılaşmalardan sonra, "Mançester Siti"nin lideliyinə son qoyulub. Belə ki, səfərdə Premyer Liqanın debutantı "Suonsi" ilə qarşılaşan Mançester təmsilçisi, qarşılaşmadan 0:1 hesablı məğlubiyyətlə ayrılaraq, liderliyi "Mançester Yunayted"ə təhvil verib. Məsələ burasındadır ki, öz meydanında "Vest Bromviç"i qəbul edən "qırmızı şeytanlar", Uen Runinin dublu sayəsində meydandan 2:0 hesablı qələbə ilə ayrılıblar. "Çelsi" isə Didye Droqbanın qolu sayəsində "Stok Siti"ni 1:0 hesabı ilə məğlub edib.
"Bolton" - "Kvins Park Reyncers" - 2:1
"Sanderlend" - "Liverpul" - 1:0
"Çelsi" - "Stok Siti" - 1:0
"Aston Villa" - "Fulhem" - 1:0
"Vulverhempton" - "Bləkbörn" - 0:2
"Everton" - "Tottenhem" - 1:0
"Suonsi" - "Mançester Siti" - 1:0
"Mançester Yunayted" - "Vest Bromviç" - 2:0
"Norviç" - "Uiqan" - 1:1

Bütün xəbərlər Facebook səhifəmizdə