Azərbaycanlı hakim UEFA-ya təyinat alıb

Azərbaycanlı hakim UEFA-ya təyinat alıb

Həmyerlimiz UEFA-nın play-off oyununa təyinat alıb. Siasport.az saytının məlumatına görə, beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov futzal üzrə dünya çempionatının final mərhələsində məsuliyyətli vəzifəni üzərinə götürməli olacaq. Belə ki, Murad Məmmədov vəsiqə uğrunda martın 26-da Belarusun Minsk şəhərində keçiriləcək Belarus – Portuqaliya play-off oyunun hakim-inspektoru olacaq.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə