"Bavariya" rəqibini rüsvay etdi!

"Bavariya" rəqibini rüsvay etdi!
Almaniya Bundesliqasında 25-ci turun qarşılaşmalarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, öz meydanında "Hamburq"u qəbul edən "Şalke", rəqibini 3:1 hesabı ilə məğlub edib. "Bayern Münhen" isə "Hoffenhaym"a futbol dərsi keçib. Belə ki, "pivəçilər" rəqiblərini 7:1 hesabı ilə darmadağın edərək irihesablı qələbəyə seviniblər. Bundan başqa, "Köln" Berlin "Herta"sına 1:0 hesabı ilə qalib gələrək turnir cədvəlindəki durumunu yaxşılaşdırmaq şansı qazanıb.
"Ştuttqart" – "Kayzerslautern" – 0:0
"Bavariya" - "Hoffenhaym" - 7:1
"Borussiya" (Münhenqladbax) - "Frayburq" - 0:0
"Mainz" - "Nürnberq" - 2:1
"Köln" - "Herta" (Berlin) - 1:0
"Augsburq" - "Borussiya" (Dortmund) - 0:0
"Volfsburq" - "Bayer" (Leverkuzen) - 3:2
"Verder" (Bremen) - "Hannover" - 3:0
"Şalke" - "Hamburq" - 3:1

Bütün xəbərlər Facebook səhifəmizdə