Milli komandamızın üzvünün çıxış etdiyi klub Almaniyada qalib gəlib

Milli komandamızın üzvünün çıxış etdiyi klub Almaniyada qalib gəlib

21 yaşlı futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ali Gökdemir yerli klubda çıxış etmək üçün Almaniyaya səfər edib. Siasport.az saytının məlumatına görə, türk əsilli futbolçu Almaniyanın "Hannover- 96 II" klubunun heyətində meydanda mübarizə aparıb. Qeyd edək ki, millimizin oyunçusunun çıxış etdiyi klub "Enerji Kotbas"la görüşüb. Qarşılaşma "Hannover- 96 II"nin xeyrinə başa çatıb. Məlumat üçün bildirək ki, oyunda hesab 1:0 olub.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə