Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında "altılıq" mərhələsinin ilk turunun oyunları keçirilir. Onlardan bəziləri artıq başa çatıb. ANS PRESS-in məlumatına görə, ilk altılıq çərçivəsində "Qəbələ" "Neftçi" ilə, "Qarabağ" "Xəzər Lənkəran"la, "Bakı" isə "İnter"lə üz-üzə gəlib. Qəbələdə keçirilən oyunda meydan sahibləri qonaqları darmadağın edib. Ağdamda baş tutan görüşdə də qonaqlar məyus olub. "Bakı" – "İnter" görüşündə isə qonaqlar sevinib.
İkinci altılıqda "Turan" AZAL-ı məğlub edib, "Simurq" "Kəpəz"lə heç-heçə edib, "Sumqayıt" isə öz meydanında "Rəvan"a uduzub.
"Qəbələ" - "Neftçi" 4:1
Luiz Paulo Hillario, 17; 27, Yannik Kamanan, 77, 83 - Bahodir Nasimov, 66
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Vüsal Əliyev
"Qarabağ" - "Xəzər Lənkəran" 1:0
Georgi Adamiya, 68
"Bakı" - "İnter" 0:1
İbrahima Niasse, 33
"Turan" - AZAL- 3:0
Muammer Erdoğdu, 10; Emin Ağaməmmədli, 15 (avtoqol); Aydın İslamov, 48 (avtoqol)
"Sumqayıt" - "Rəvan" 0:1
Miloş Zeçeviç, 87
"Simurq" - "Kəpəz" 1:1
Vidas Alunderis, 18 - Nikolay Svejentsev, 44
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB