İngiltərənin "Arsenal" futbol klubunun hollandiyalı kapitanı Van Persi, son günlər transfer gündəminin ən çox müzakirə olunan isminə çevrilib. Siasport.az saytı xəbər verir ki, "Arsenal" öz kapitanını heç vaxt satmayacağını dəfələrlə bəyan etsə də, "dumanlı albiom"un iki nəhəng klubu 28 yaşlı ulduz futbolçunu transfer etmək üçün yarışa başlayıblar. Belə ki, "Mançester Siti" və "Çelsi" klubları hollandiyalını heyətə qatmaq istədiklərini gizlətmirlər. Amma hələ ki, onların bu istəkləri mümkünsüz olaraq qalır.
"Arsenal"ın baş məşqçisi Arsen Venger isə bu gün ingilis mətbuatına açıqlamasında deyib ki heç kim V.Persini transfer etməyi xəyal belə etməsin. Onun dediynə görə, "Arsenal" rəhbərliyi hollandiyalı futbolçuya yeni sərfəli müqavilə təklif edəcək. Fransız mütəxəssisin dediyinə görə, əgər V.Persi bununla razılaşmasa belə, o müqaviləsinin son gününə qədər "Arsenal"da qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB