“Simurq” daha bir futbolçusunu itirdi

“Simurq” daha bir futbolçusunu itirdi

"Simurq" klubunun daha bir futbolçusu zədələnib. Siasport.az saytının məlumatına görə, "Qarabağ"la görüş zamanı legioner futbolçu Andrey Rubins zədələnib. Məlumat üçün bildirək ki, Latviya yığmasının heyətində çıxış edən futbolçunun "Simurq" - "Kəpəz" oyununa çıxacağı sual altındadır. Xatırladaq ki, Zaqatala təmsilçisinin daha bir futbolçusu İlkin Qırtımov da zədələnmişdi. Lakin onun "Kəpəz"lə mübarizədə iştirak edə bilməyəcəyi təsdiqlənib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə