\"Beşiktaş\"ın baş məşqçisi iddialı danışdı!

\"Beşiktaş\"ın baş məşqçisi iddialı danışdı!

Bir neçə gün bundan əvvəl UEFA Avropa Liqasının 1/18 final qarşılaşmasında səfərdə \"Atletiko Madrid\"ə 1:3 hesabı ilə məğlub olan İstanbulun \"Beşiktaş\" futbol klubunun baş məşqçisi Karlos Karvalhal, cavab qarşılaşmasında rəqibi 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayacaqlarına inandığını dilə gətirib. Siasport.az saytı xəbər verir ki, dünən komandasının təlim-məşq prosesindən əvvəl türkiyəli jurnalistlərlə görüşən \"Beşiktaş\"ın portuqaliyalı baş məşqçisi ümid etdiyini bildirib ki, martın 15-də \"İsmət İnönü\"də keçiriləcək qarşılaşmada yetirmələri Arda Turanın komandasının qapısından 2 cavabsız top keçirərək lazımı olan nəticəni əldə edəcəklər. Baş məşqçi hesab edir ki, İspaniyadakı qarşılaşmadan fərqli olaraq İstanbuldakı cavab oyunu tamam başqa cür alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə