“Sumqayıt”ın bir neçə yaş qrupları üzrə komandaları cari mövsümdə uğurlu çıxış edib

“Sumqayıt”ın bir neçə yaş qrupları üzrə komandaları cari mövsümdə uğurlu çıxış edib

"Sumqayıt" klubunun bir neçə yaş qrupları üzrə komandaları cari mövsümdə uğurlu çıxış edib. Siasport.az saytının məlumatına görə, ümumilikdə klub 3 qələbə, 1 heç-heçə, 1 dəfə isə məğlubiyyətlə üzləşib. Belə ki, "Azercell U-17 Liqası"nda "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası "Xəzər Lənkəran"la səfərdə 1:1 hesabı ilə heç-heçə edib. "Kapital bank U-15 Liqası"nda isə "Sumqayıt" klubunun 15 yaşadək futbolçulardan ibarət komandası turu qalib başa vurub. 14 yaşlı futbolçulardan ibarət komanda isə "Sumqayıtspor"la görüşdə 2:0 hesabı ilə rəqibini məğlubiyyətə uğradıb. Bundan başqa, "Coca-Cola U-13 Liqası"nın 9-cu turunda "Təhsil" komandası ilə görüşən sumqayıtlılar 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, klubun 11 yaşlı futbolçulardan ibarət komandası isə "Abşeron"la qarşılaşmada rəqibini 5:0 hesabı ilə qələbə qazanıb.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə