Dünən Türkiyə Superliqası çərçivəsində səfərdə "Ankaragücü" ilə qarşılaşan İstanbulun "Fənərbaxça" futbol klubu, meydanı qələbə ilə tərk edib. Siasport.az saytı xəbər verir ki, gələn həftə öz meydanında əzəli rəqibi olan "Qalatasaray"ı qəbul edəcək "sarı lacivərtlilər", bu qələbə sayəsində həm xal ehtiyatlarını altmışa yüksəldiblər, həm də derbi öncəsi psixoloji üstünlük əldə etmiş olublar.
Rəqibini 2:0 hesabı ilə məğlub edən "Fənərbaxça"nı, indi yalnız gələn həftə "Şükrü Saracoğlu" stadionunda oynanılacaq "Qalatasaray" derbisi düşündürür. Əgər "Fənərbaxça" öz meydanında əzəli rəqibinə məğlub olarsa, və ya həttda qarşılaşmanı heç-heçə bitirərsə belə, o zaman "Qalatasaray"ın çempionluğu faktiki olaraq rəsmiləşmiş olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB