Xəbər verdiyimiz kimi, Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən böyüklər arasında güləş üzrə Avropa çempionatının görüşləri davam edir. Siasport.az saytının məlumatına görə, bu gün 5-ci günün qarşılaşmaları keçiriləcək. Belə ki, həftə sonu keçiriləcək görüşdə 55, 60, 96 və 120 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaq. Belə ki, güləşçilərimizin rəqibləri isə belə olacaq:
1/8 final - Amoyan Roman (Erm.) - Əliyev Elçin ( Azərb)- 55 kq,
1/16 final - Esa Leo Kalevi (Fin) – Məmmədov
Kamran (Azərb.)- 60 kq,
1/8 final - Tom Alo (Est) - Qabadadze Şalva (Azərb)- 96 kq,
1/8 final - Ivan Stoyanov (Bolq.) – Həşimzadə Məsud (Azərb)- 120 kq.
Qeyd edək ki, ən çox maraq göstərilən görüş güləşçimizin erməni idmançısı ilə qarşılaşmasıdır. Məlumat üçün bildirək ki, idmançıların bu günkü mübarizəsi Bakı vaxtı ilə 17:00-da başlayacaq və 22:00-da yekunlaşacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB