"Qalatasaray" prezidentindən şok açıqlama!

"Qalatasaray" prezidentindən şok açıqlama!
İstanbulun "Qalatasaray" futbol klubunun prezidenti Ünal Aysal "cim bom" azarkeşlərini sevindirən açıqlama ilə çıxış edib. Siasport.az saytı Türkiyənin "Fanatik.com" idman saytına istinadən xəbər verir ki, klub prezidenti Şimali Kipr Respublikasına səfəri çərçivəsində "Qalatasaray" azarkeşləri dərnəyinin üzvləri ilə görüşüb. Görüş zamanı, "Qalatasaray"ın hazırkı durumu və gələcək planları barədə danışan Ü.Aysal, klubun olduqca gözəl oyun nümayiş etdirdiyini və bu gedişlə bu il "Qalatasaray"ın Türkiyə çempionu olacağına heç bir şübhəsinin qalmadığını dilə gətirib. Klub prezidenti eyni zamanda yay transfer dövründə dünyanın bir sıra ulduz futbolçularının "Qalatasaray"a transfer olunmasının da əsas planlara daxil olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə