"Qarabağ" klubu qapısının toxunulmazlıq seriyasını davam etdirir. Siasport.az saytının məlumatına görə, komanda bu uğurlu seriyanı Unibank Premyer Liqasının XIX turunda da davam etdirir. Belə ki, "Qarabağ" – "Simurq"la qarşılaşmasında rəqibini 2:0 hesabı ilə məğlub etdikdən sonra qapıçı Boyan Pavloviç quru seriyanı 722-yə çatdırıb. Qapıçı sonuncu dəfə qapısından 2011-ci il noyabrın 26-da "Neftçi" ilə görüşü zamanı (1:2) top keçirib. Qeyd edək ki, uğurlu seriyası haqqında klubun rəsmi internet saytına açıqlama verən qapıçı bunları vurğulayıb: "Təbii ki hər qapıçı tarixə düşmək istəyir. İstənilən qapıçının vəzifəsi ilk növbədə qol buraxmamaqdır. Fərqlənmək üçün 660 dəqiqəyə ehtiyacım olduğunu bilirdim. Hələ qış fasiləsində 4 quru oyun var idi. Mənə tez-tez rekord haqqında xatırladırdılar. Qarşıma belə konkret hədəf qoymamışdım. Təbii ki, qol buraxmamağımda müdafiənin böyük rolu var. Arxa xəttimiz olduqca güclüdür. Onların dəstəyini qeyd etməliyəm. Həm komanda, həm də mənim üçün oynadılar. Hətta sonuncu matçda topu boş qapıdan da çıxardılar. Təbii ki, qol buraxmadıqda həm mənə inanırlar, həm də qapıçıda özünəinam yaranır. İndi kuboku da nəzərə alsaq, 9 oyundur qol buraxmırıq. Bu 9 oyunda ən çətin işim "Qəbələ"ilə oldu. Qarşıda bizi final mərhələsinin oyunları gözləyir. Bilirəm ki, toxulmaz qalmaq çətin olacaq. Amma "Qarabağ"ın qələbə qazanması daha vacibdir".
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB