Malili futbolçu rəsmi olaraq “Xəzər Lənkəran”da

Malili futbolçu rəsmi olaraq “Xəzər Lənkəran”da

"Xəzər Lənkəran" klubu daha transferini rəsmiləşdirib. Siasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XIX turu komanda üçün əlamətdar olub. Belə ki, "Xəzər Lənkəran" - "Turan" qarşılaşmasında cənubluların heyətində oyunun sonunda daxil olunan Ballo Salif ilk dəfə rəsmi olaraq görüş keçirib. Bununla da əslən Malidən olan futbolçu "Xəzər Lənkəran"ın tarixində bütün futbolçuların sayını 144-ə yüksəldib. O, həmçinin 89-cu legioner futbolçu kimi klub tarixinə düşüb. Komandada təmsil olunan ölkələrin sayı isə 32-yə yüksəlib.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə