“Xəzər Lənkəran”ın xeyrinə avtoqolların sayı artır

“Xəzər Lənkəran”ın xeyrinə avtoqolların sayı artır

"Xəzər Lənkəran" klubu üçün Unibank Premyer Liqasının XIX turu əlamətdar hadisə ilə yadda qalıb. Siasport.az saytının məlumatına görə, klub tarixində ilk dəfə olaraq çempionatın bir mövsümündə 2 dəfə rəqib futbolçu avtoqola imza atıb. Belə ki, cənubluların Tovuz təmsilçisi "Turan" ilə oyununda vurulan qolun müəllifi Elvin Begiri olduğu qeyd olunsa da sonda qapıya vurulan topun rəqib komandanın öz oyunçusu Ayxan Abbasova toxunaraq daxil olduğu məlum olub. Ümumilikdə isə "Xəzər Lənkəran"ın tarixində belə qolların sayı 6-ya yüksəlib.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə